[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2013/10/devetname-1.jpg” ]
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən “Gənc istedadların yaradıcılığında ənənə və müasirlik” layihəsi çərçivəsində 2013-cü il oktyabr ayının 10-da saat 13:00-da Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Muzey Sərgi Kompleksində (III mərtəbə) gənc rəssamların əsərlərindən ibarət sərgi keçirilib. Sərgidə gənc rəngkar, heykəltaraş, qrafik, xalçaçı-rəssam, memar və modelyer-dizaynerlərin yaradıcılıq işləri təqdim olunub. Açılış mərasimində layihənin iştirakçısı olan modelyer-dizaynerin geyim kolleksiyasından ibarət defile də keçirilib.
Layihənin ikinci günü mütəxəssislərin iştirakı ilə “Ənənə və müasirlik” mövzusu ətrafında müzakirə aparılıb.
Layihənin iştirakçıları:
Qrafika: Aytən Şirzadova, Ramil Əliyev
Rəngkarlıq: Anar Hüseynzadə, Zərnişan Yusif
Heykəltaraşlıq: Nurlan Məmmədov, Vüqar Quliyev
Memarlıq: Orxan Atakişiyev
Geyim dizaynı: Günel Behbudova
Xalçaçılıq: Bahar Bəşirova, Nadir Cəfərov