[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2013/10/elections_081212.jpg” ]
“Qadın və Uşaqların Problemlərinin Araşdırılması” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Şamaxı, İsmayıllı, Göygöl, Gəncə, Qazax, Bərdə, Ağdam rayonlarında “Qadınların seçki fəallığının artırılması” adlı layihəyə start verib. Təşkilat tərəfindən irəli sürülən bu layihə çərçivəsində regionlarda yaşayan qadınlar arasında demokratik seçkilər, söz, fikir və ifadə azadlığı mövzularında seminarlar, diskussiyalar keçirilib. Eyni zamanda, seçki hüququ ilə bağlı maarifləndirici materiallar da çap edilərək paylanılıb. Layihəyə ilk olaraq 5 oktyabr 2013-cü il tarixində Şamaxı rayonundan başlanılıb. Keçirilən seminarlar digər QHT nümayəndələri, KİV nümayəndələri üçün də açıq olub.