[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”” videourl=”http://youthfoundation.az/wp-content/uploads/2013/10/1.jpg” ]
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Sumqayıt şəhərində “Canlı kitablar sərgisi” adlı layihənin təqdimat mərasimi keçirilmişdir.
Təqdimat mərasimində gənclər və gənclər təşkilatlarının rəhbərləri də iştirak etmişlər. Təqdimatı giriş sözü ilə açan layihənin icraçısı Ceyhun Hüseynov adı çəkilən layihə istiqamətində keçirilməsi nəzərdə tutulan tədbirlər barədə geniş məlumat vermişdir.
Layihə çərçivəsində müxtəlif kateqoriyaları əhatə edəcək kitablar oxunması üçün vətəndaşların ixtiyarına veriləcəkdir.