[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2013/10/1374818260_sosial.jpg” ]
Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə “Sosial şəbəkələrdən səmərəli istifadə və internet sahibkarlığına dəstək” layihəsinə start verilib. Layihə rəhbəri Şahin Rəhmanlının verdiyi məlumata görə, bu layihə Azərbaycanın cənub bölgəsində 5 rayonu əhatə edəcəkdir. Layihə çərçivəsində Lənkəran, Astara, Masallı, Cəlilabad və Biləsuvar rayonlarında sosial şəbəkələrin cəmiyyətdə rolu, internet üzərindən təhsil-distant təhsil, gənclərin İKT-dən səmərəli istifadəsi, internetdən pul qazanmağın yolları və s. kimi mövzular region gənclərinə öyrədiləcəkdir .