[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2013/10/tedbir.jpg” ]
«Həmrəy» Gənclərin Maarifləndirilməsinə Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun III qrant müsabiqəsi çərçivəsində “Region gənclərinin ictimai fəallığının artırılması” adlı silsilə xarakterli seminar-təlimini Şəki şəhərində keçirmişdir.
Şəki Şəhər İcra Hakimiyyətinin, Gənclər və İdman İdarəsinin və rayon ictmaiyyətinin nümayəndələrinin də iştirak etdiyi tədbir maraqlı keçmişdir. Diskussiya şəklində keçən seminar-təlimdə gənclər aktiv iştirak etmişlər.
Şəki şəhər Gənclər və İdman İdarəsinin rəisi Vüqar İskəndərov tədbirin əhəmiyyətini qeyd edərək, təşkilata bu tədbiri Şəkidə keçirdiyinə görə təşəkkürünü bildirib.
Sonra İctimai Birliyin sədri Yəhya Babanlı gəncləri salamlamış və İctimai Birlik haqqında məlumat vermişdir. Bir neçə gündür reallaşdırılan seminar-təlimlərə gənclərin marağını nəzərə alaraq belə tədbirlərin digər bölgələrdə də keçiriləcəyini iştirakçılara çatdırmışdır. Digər çıxış edənlər də tədbirin təqdirəlayiq olduğunu vurğulayaraq belə seminar-təlimlərin gənclərin inkişafında böyük rol oynadığını bildirmişlər.
Sonra layihənin rəhbəri Elvin Əliyev iştirakçılara “İctimai fəallıq: uğura gedən yol”, təlimçi Orxan Qəmbərov “Sosial şəbəkələr: onların ictimai fəallıqda oynadığı rol” mövzusunda gənclərə təlim keçmişlər.
Sonda iştirakçılara sertifikatlar və hədiyyələr verilmiş, xatirə şəkli çəkdirilmişdir.