[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2013/09/IMG_0697.jpg” ]
26 sentyabr 2013-cü il tarixində “Bakı Beynəlxalq Gənclər Sağlamlıq Forumu” iştirakçılarından ibarət nümayəndə heyəti Gənclər Fondunda olmuşlar. Fondun Strateji planlaşdırma və beynəlxalq əlaqələr sektorunun əməkdaşı Günay Qədimbəyova Portuqaliya, İrlandiya, Bosniya və Hersoqovina, Litva, Rumıniya və Gürcüstandan olan gənclər təşkilatlarının nümayəndələri üçün Fondun təqdimatını keçirmişdir. Həmçinin, Fonda müraciət mexanizmi və gələcək əməkdaşlıq məsələləri müzakirə olunmuşdur.
Daha sonra, Strateji planlaşdırma və beynəlxalq əlaqələr sektorunun müdiri Orxan Ərəbov iştirakçı ölkələrdən olan nümayəndələrin suallarını cavablandırıb.
Qeyd edək ki, “Bakı Beynəlxalq Gənclər Sağlamlıq Forumu” “NUR” Uşaq və Gənclər İctimai Birliyi tərəfindən Gənclər Fondunun maliyyə dəstəyi ilə keçirilir.
[divider_line opacity=”10″ /] [postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”9750″ id=”9750″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]