[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2013/08/DSC08037.jpg” ]
Azəri Gənclər Alyansı “Xaricdə təhsil alan gənclərin seçkilərdə fəallığının artırılması” mövzusunda növbəti üçüncü tədbirini avqust ayının 17-də, İrəli Gənclər Mərkəzində təşkil etmişdir. Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə keçirilən dəyirmi masaya millət vəkili Ceyhun Osmanlı, Gənclər Fondunun sektor müdiri Vaqif Seyidbəyov , ekspertler, hazırda xaricdə təhsil alan və məzun olmuş onlarla fəal gənclər qatılmışlar.
Azəri Gənclər Alyansının sədri Leyla Məmmədli qonaqları və iştirakçıları salamlayaraq seçkilərdə gənclərin fəallığının xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayaraq, dünyanın müxtəlif ölkələrində ali təhsil alan gənclərimizi seçkilərdə fəal iştirak etməyə və vətəndaş borcunu yerinə yetirməyə səsləmişdir
Millət vəkili Ceyhun Osmanlı çıxış edərək bildirmişdir ki, xaricdə təhsil alan azərbaycanlı gənclərin seçkilərdə fəal iştirakı vətəndaş cəmiyyətinin inkişafında xüsusi rol oynayır. C.Osmanlı seçki proseslərində gənclərin fəallığının, şəbəkələşmənin xüsusi rol oynadığını qeyd edərək tədbirdə iştirak edən gənclərin müxtəlif suallarını cavablandırmışdır.
Daha sonra çıxış edən Gənclər Fondunun sektor müdiri Vaqif Seyidbəyov qeyd edib ki, seçki kampaniyalarında xarici ölkələrdə yüksək ali məktəblərdə təhsil alan və təhsilini bitirib geri dönən gənc mütəxəssislərin bilik və bacarıqlarından lazımınca istifadə edilməlidir. Gənclər cəmiyyətin təkanverici avanqard hissəsidir. Bu səbəbdən, xaricdə təhsil alan gənclər öz ailələri, dostları, icması və cəmiyyətlərində müsbət mənada söz sahibi olurlar. Onlar seçki prosesində fəal olmaqla digərlərinə nümunə göstərməlidirlər.
[divider_line opacity=”10″ /] [postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”9296″ id=”9296″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]