[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2013/08/1013243_564873260220506_1669687098_n.jpg” ]
“Vətənpərvər Maarifçi Gənclər” İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun (AzGF) maliyyə dəstəyi ilə həyata keçirdiyi “Müsəlləh əsgrəm, mən də bu gündən!” adlı layihəsi artıq yekunlaşıb. Layihə çərçivəsində təlimlər son olaraq 27-28 iyul 2013-cü il tarixlərində Gəncə şəhərində keçirilib. Təlimlərdə layihə şərtlərinə uyğun olaraq həqiqi hərbi xidmətə yararlı olan, xüsusən də orta təhsilini başa vurmuş 30 nəfər yeniyetmə və gənc iştirak edib.
Qeyd edildiyi kimi, layihənin əsas məqsədi həmin gəncləri psixoloji cəhətdən vətənə xidmət göstərməyə hazırlamaq, onların vətənpərvər ruhda tərbiyəsinə dəstək göstərməkdir.
Ümumilikdə layihə çərçivəsində 3 rayonda təlimlər keçirilib və 90 nəfər gənci əhatə edib.