[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”150″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2013/07/IMG_3568.jpg” ]
23 iyul 2013-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, Azərbaycan Könüllülər İctimai Birliyinin və “İRƏLİ” İctimai Birliyinin təşkilati dəstəyi ilə “Gənclərin Dostluq Şəbəkəsi” İctimai Birliyi tərəfindən “Gənclərin Yeni Media Forumu” keçirilmişdir.
Beynəlxalq Ticarət Mərkəzinin konfrans zalında baş tutmuş açılış mərasimində Azərbaycan Könüllülər İctimai Birliyini sədri İmaməddin Quliyev, “İRƏLİ” İctimai Birliyinin sədri Rauf Mərdiyev, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun mətbuat katibi Aynur Həsənzadə, Media Akademiya layihəsinin rəhbəri Nərmin Balayeva və bir sıra QHT nümayəndələri və tanınmış media orqanlarının nümayəndələri iştirak etmişdir.
İlk olaraq Azərbaycan Könüllülər İctimai Birliyinin sədri İmaməddin Quliyev çıxış edərək layihəni açıq elan edib.
Qonaqlar da öz növbəsində iştirakçıları salamlayıb, layihə ilə bağlı fikirlərini bölüşərək tədbirin keçirilməsinin əhəmiyyətli olduğunu hesab etmiş və gənclərə uğurlar arzulamışlar. Mərasim qonaqların çıxışı və sualların cavablandırılması ilə davam edib.
100 nəfər aktiv gənci bir araya gətirən “Gənclərin Yeni Media Forumu”nda yeni media, sosial şəbəkələr, bloqlar, şəbəkələşmə, liderlik keyfiyyətləri, informasiya texnologiyalarından düzgün istifadə kimi praktiki təlimlər və müxtəlif mövzuları əhatə edən panellər keçirilib. Qonaqlar öz təcrübələrini layihə iştirakçıları ilə bölüşərək onları maraqlandıran sualları cavablandırıblar.
Forumun sonunda bağlanış mərasimi keçirilib və layihə iştirakçıları şəhadətnamələrlə təltif olunublar.
Xatırladaq ki, “Gənclərin Yeni Media Forumu”nun keçirilməsində əsas məqsəd fəaliyyət göstərdiyi sahələrdə aktiv olan gəncləri bir araya yığaraq onların bilik və bacarıqlarını daha da artırmaq, onların internet jurnalistikaya olan marağını yüksəltmək, gənclərin yeni media vasitələrindən effektiv istifadə etməsi üçün mütəxəssislərin təcrübələrini onlara ötürmək, onlar arasında aktiv şəbəkə yaratmaq və mövcud əlaqələri daha da genişləndirməkdən ibarət idi.
[divider_line opacity=”10″ /] [postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”8835″ id=”8835″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]