[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2013/07/IMG_6090.jpg” ]
Serbiyanın paytaxtı Belqrad şəhərində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə yardımı, Azərbaycan-Rumıniya Ticarət Palatasının təşkilati dəstəyilə “Gənclərin İqtisadi, Sosial və Mənəvi İnkişafına Yardım” İctimai Birliyi Azərbaycan uşaqlarının rəsm sərgisinin açılışını keçirmişdir.
Açılış mərasimində giriş sözü ilə Azərbaycan Respublikasının Serbiyadakı səfirliyinin iqtisadi və siyasi məsələlər üzrə müşaviri Anar Əcəmov çıxış edərək mədəni tədbirin əhəmiyyətini, iki ölkə arasinda mövcud mehriban dostluq munasibətlərini, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dair qətnamə layihəsinin Serbiya parlamenti tərəfindən qəbul edilməsini xüsusilə qeyd etmişdir.
Mərasimdə çıxış edən Azərbaycan-Rumıniya Ticarət Palatasının sədri Şahin Nəbiyev Azərbaycanda fəaliyyət göstərən gənclər təşkilatlarının ölkəmizdən kənarda dövlətçiliyimizin inkişafına yönəlik müxtəlif tədbirlər təşkil etməsini yüksək qiymətləndirmişdir. Ş.Nəbiyev qeyd etmişdir ki, bütün bu uğurlar ölkə başçısı cənab İlham Əliyevin gənclərə və gənclər təşkilatlarına göstərdiyi qayğı və etimadın nəticəsidir. Həmçinin, Azərbaycan Gənclər Fondunun belə layihələri dəstəkləməsi təqdirəlayiq hal kimi dəyərləndirilmişdir.
Tədbirdə Serbiya Parlamentin Konstitusiya və Hüquq məsələləri Komitəsinin sədri Vladimir Tviya və digər deputatlar, İndoneziyanın, Malaziyanın Serbiyadakı səfirləri, Serbiya Prezident Administrasiyasının, Serbiyanın Mədəniyyət, Mətbuat və İnformasiya cəmiyyəti nazirliyinin, Serbiya Gənclər və İdman nazirliyinin, Azərbaycan Respublikasının Serbiyadakı səfirliyinin, Serbiya-Azərbaycan Dostluq Cəmiyyətinin, Serbiya-Azərbaycan mədəniyyət mərkəzinin, Serbiya-Azərbaycan Sənaye və Ticarət Palatasının əməkdaşları, Serbiya elm və mədəniyyət nümayəndələri, tələbələr, KİV və yerli QHT-lərin təmsilçiləri iştirak etmişdir.
3 gün davam edən sərgidə məcburi köçkün uşaqlarla yanaşı, T.İsmayılov adına Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin, Nizami adına Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin, Şirvan Şəhər Təhsil Şöbəsinin, Respublika İncəsənət Gimnaziyası Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin və Bakı şəhər Gənc Turistlər və Diyarşünaslıq Mərkəzinin şagirdlərinin çəkdiyi rəsmlər nümayiş etdirilib.
[divider_line opacity=”10″ /] [postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”8815″ id=”8815″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]