[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2013/07/1059194_10201532206296795_800520940_n.jpg” ]
Azəri Gənclər Alyansı iyul ayının 19-da, Azərbaycan Diplomatik Akademiyasında “Xaricdə təhsil alan gənclərin seçkilərdə rolu” mövzusunda ikinci dəyirmi masa təşkil etmişdir. Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə keçirilən toplantıya ekspertlər, tanınmış QHT rəhbərləri, hazırda xaricdə təhsil alan və məzun olmuş fəal gənclər və media mənsubları qatılmışlar.
Azərbaycan Diplomatik Akademiyasının prorektoru Fariz İsmayılzadə ekspert qismində çıxış edərək bildirib ki, xaricdə təhsil alan Azərbaycanlı gənclərin seçkilərdə fəal iştirakı vətəndaş cəmiyyətinin inkişafında xüsusi rol oynayır. F.İsmayılzadə seçki mədəniyyəti, seçki hüququ və seçki maarifləndirilməsi mövzusunda interaktiv mühazirədən sonra gənclərin suallarını cavablandırmışdır.
Sonra çıxış edən Azəri Gənclər Alyansının sədri Leyla Məmmədli, Gənclər Fondunun sektor müdiri Orxan Ərəbov, ASAİF sədri Ramin Həkimov, ekspertlərdən Aysel Sultan və Ülkər İsayeva, eləcə də digər QHT rəhbərləri və gənc fəallar qeyd ediblər ki, seçki kampaniyalarında xarici ölkələrdə yüksək ali məktəblərdə təhsil alan və təhsilini bitirib geri dönən gənc mütəxəssislərin bilik və bacarıqlarından lazımınca istifadə edilməlidir.
Sonda mövzu ətrafında geniş müzakirələr aparan və çıxış edən fəal gənclər Azərbaycanda keçiriləcək seçkilərdə hazırda xaricdə təhsil alan və xaricdə təhsilini bitirərək vətənə dönən tələbələrin fəallaşdırılması və onların apardığı təbliğat nəticəsində seçki kampaniyalarında passiv iştirak edən gənclərin seçkilərə fəal qoşulmasını təmin edilməsinin əhəmiyyətindən söz açaraq bu sahədə növbəti addımların müəyyən edilməsi üçün təkliflər veriblər.
[divider_line opacity=”10″ /] [postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”8798″ id=”8798″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]