[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2013/07/DSC05293.jpg” ]
“Gənclər Mərkəzi” İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirdiyi “Sağlamlığın təbliğinin virtual metodları” adlı layihəsi sona çatmışdır. Layihə uğurla həyata keçirilib. Layihə çərçivəsində son tədbir 10-11 iyul 2013-cü il tarixlərində Qax rayonunda ictimaiyyət nümayəndələri ilə keçirilib. Tədbirdə çıxış edən “Gənclər Mərkəzi” İctimai Birliyinin sədri İqbal Mirzəyev layihə haqqında ətraflı məlumat vermiş, layihə öncəsi qarşıya qoyulan məqsədlərlə layihə prosesində əldə olunan nəticələri qeyd edərək ümumilikdə nəzərdə tutulan məqsədlərə nail olunduğu bildirmişdir. Layihənin bundan sonrakı dövrdə davamlılığını təmin etmək üçün daha çox işlərin görüləcəyi bildirilib.
Tədbir iştirakçılarına layihənin həyata keçirilməsi üçün maliyyə dəstəyi göstərmiş Azərbaycan Gənclər Fondu haqqında ətraflı məlumat verilmişdir.