[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2013/07/a.jpg” ]
“Şəms” Gənc Ailələrə Dəstək İctimai Birliyi “Gənc Ailələrin Məşğulluq Səviyyəsinin Yaxşılaşdırılması” adlı layihənin yekun tədbirini icra edib. Layihənin məqsədi gənclər arasında peşəyönümlü istiqamətdə maarifləndirmə işlərinin aparılması və onların müəyyən peşələrə yiyələnmələrinə kömək etmək olub.
Layihə çərçivəsində Oğuz rayonunda yerli tələbata uyğun peşələrin orta təhsilini tam və ya natamam şəkildə başa vurmuş gənclərə öyrətmək məqsədi ilə kurslar yaradılıb. Məqsəd gənclərin məşğulluq probleminin həllinə kömək, istedadlarını üzə çıxarmaq və cəmiyyətə inteqrasiyasını təmin etmək olmuşdur. Layihə çərçivəsində üç peşə (saç ustası, tikiş ustası, kompüter bilikləri) üzrə kurslar yaradılıb və 30 nəfər gənc kurslara cəlb olunub. Peşə kurslarını uğurla başa vuran gənclərə sertifkatlar təqdim olunub. Qeyd edək ki, layihə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu tərəfindən maliyyələşdirilmiş və 2 ay müddətində həyata keçirilmişdir.