[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2013/07/IMG_3123.jpg” ]
Region xanımlarına stimul vermək, xanımların təhsilə marağını gücləndirmək, regionlarda formalaşan stereotiplərin qırılmasına birbaşa təsir etmək və xanımların Azərbaycanımızın inkişafında rolunun vacibliyinin mesajlarını vermək üçün keçirilən “Mənim Təhsilim, Mənim Gələcəyim!” kampaniyasına start verilib.
Kampaniya çərçivəsində Lənkəran, Masallı, Astara, Lerik, Cəlilabad, Yardımlı zonalarına səfərlər edilib.
Səfər zamanı adları qeyd olunan zonalarda müxtəlif ailələrlə görüşlər keçirilib. Görüş zamanı isə ailələrlə qızlarının təhsili ilə bağlı müzakirələr edilib.
Kampaniyanın bir hissəsi olaraq “Mənim Təhsilim, Mənim Gələcəyim!” adlı kitabça və üzərində kampaniyanın şüarı yazılmış köynəklər dərc olunub.
Kampaniyaya qoşulmaq istəyən şəxslər üçün:
Rəsmi internet sayt: www.myedu.az
E-mail: [email protected]
Rəsmi Facebook səhifəsi: https://www.facebook.com/myeduaz
Rəsmi Twitter hesabı: https://twitter.com/myeduaz
[divider_line opacity=”10″ /] [postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”8560″ id=”8560″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]