[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2013/07/IMG_2053.jpg” ]
Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı (AGAT) Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə Fransa, Almaniya, İtaliya, Ukrayna, Polşa, Gürcüstan, Türkiyə, Bosniya və Hersoqovina, Moldova ölkələrinin gənc fəallarının iştirakı ilə Bakı şəhərində 3-8 iyul 2013-cü il tarixlərində “Beynəlxalq Gənc Siyasətçilər Məktəbi” layihəsini həyata keçirib.
Qeyd edək ki, Avropalı gənc siyasətçilər AR Prezidenti yanında Gənclər Fondunun ofisini də ziyarət ediblər. Layihə çərçivəsində Azərbaycan Gənclər Fondunun Layihələr və regionlarla iş sektorunun müdiri Vaqif Seyidbəyov və Strateji planlaşdırma və beynəlxalq əlaqələr sektorunun baş məsləhətçisi Nərminə Əliyeva ilə Fondun məqsədləri, strukturu və prioritetləri barədə görüş keçirilib. Fondun əməkdaşları qonaqlara yeni elan olunmuş qrant müsabiqəsi haqda məlumat vermiş, Gənclər Fondunun ölkənin gənclər siyasətində oynadığı mühüm roldan danışmışlar.
[divider_line opacity=”10″ /] [postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”8385″ id=”8385″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]