[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2013/07/IMG_2430.jpg” ]
Səfər zamanı Lənkəran, Masallı və Astara rayonlarında yaşayan gənc və məktəbli qızlarla görüşlər keçirilib. Görüşlər zamanı regionlarda yaşayan qızlara “Mənim Təhsilim, Mənim Gələcəyim!” adlı kitab və köynəklər təqdim olunub.
Həmçinin, kampaniyanın iştirakçısı olan qızlar “İdeya Blankı” dolduraraq öz arzularını və arzularının reallaşmasında maneə olacaq amilləri qeyd ediblər.
Doldurulmuş blanklarda daha çox ali təhsil almaq arzusu və bu arzuya maneə olacaq başlıca amillər kimi ailənin maddi imkansızlığı və cəmiyyətdə formalaşan müxtəlif stereotiplər qeyd olunub.
Qeyd edək ki, kampaniya hazırda Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu tərəfindən dəstəklənir.
Kampaniya çərçivəsində hazırlanan video-çarx: http://www.youtube.com/watch?v=0IQxadxEw1M
Kampaniyanın rəsmi Facebook səhifəsi: https://www.facebook.com/myeduaz
[divider_line opacity=”10″ /] [postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”8240″ id=”8240″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]