[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2013/06/narkomaniya_xestelikler_aze.jpg” ]
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Türkiyə Universitetləri Məzunları” İctimai Birliyi (TUMİB) “Biz narkotik bəlasını tanıyırıq və gənclərə tanıdırıq” adlı yeni layihəyə başlayır. Layihənin məqsədi Bakı, Gəncə və Beyləqan şəhərlərində yaşayan 17-29 yaşında gənclər arasında narkomaniya ilə bağlı maarifləndirmə işinin aparılmasıdır.
Layihə çərçivəsində Bakı və regionlarda orta məktəblərdə və ali təhsil müəssisələrində təhsil alan 17-29 yaşlı gənclər, məcburi köçkün və qaçqın gənclər, orta və ali məktəblərdən məzun olmuş hər hansı peşə sahibi olmayan işsiz gənclər, sosial təcrid olunmuş gənclər, Səhiyyə nazirliyinin nəzarətində narkotikdən müalicə olunan gənclər və gənclər təkilatlarının Bakı və regional nümayəndələri layihənin işinə cəlb olunacaq.