[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2013/06/1333708872_medical-research.jpg” ]
“Gənclər Mərkəzi” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Sağlamlığın təbliğinin virtual metodları” adlı layihə həyata keçirir. Layihə çərçivəsində ilk tədbir Qəbələ rayonunda həyata keçirilib. 25-26 iyun tarixlərində baş tutan tədbirdə iştirakçılara müasir informasiya-kommunikasiya texnologiyaları, onların tətbiq sahələri, sağlam həyat tərzi üçün İKT-nin imkanlarından, informasiya-kommunikasiya texnologiyalarının müxtəlif metodlarından istifadə etməklə regionlarda gənclərə sağlam həyat tərzi, sağlamlığın qorunmasının üsul və vasitələri haqqında ətraflı məlumat verilmişdir.
Tədbirin sonunda iştirakçıların sualları cavablandırılmışdır. Layihəyə benefisiar qismində İT mütəxəssislər, tələbələr, ictimai fəal gənclər və şagirdlər cəlb olunmuşdur.