[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2013/06/pict_13394010310.jpg” ]
Gəncə şəhərində gənclərin sosial mediadan səmərəli istifadəsini artırmaq üçün Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə 27-28 iyun 2013-cü il tarixində təlim kursuna başlanılıb.
Təlim kursu Azərbaycan Dövlət Aqrar Universitetinin təşkilatı dəstəyi ilə keçirilir. Təlim kursuna müxtəlif universitet və təşkilatlardan 30 nəfər gənc cəlb edilib. Təlimin əsas mövzusu sosial media alətləri və onların səmərəli tətbiqidir. İki gün boyunca təlimdə interaktiv metodlarla müxtəlif qrup işləri, təqdimatlar və tətbiqi sessiyalar aparılıb.
“Sosial Media Alətləri” təlimi Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən “Yeni Mediada Gənclərə Dəstək” adlı layihə çərçivəsində təşkil edilir. Layihə 3 ay müddətində Gəncə şəhərində reallaşdırılacaq. Layihə çərçivəsində 2 flaşmob, daha bir təlim kursu, ekspertlə görüş və digər fəaliyyətlər nəzərdə tutulur.