[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2013/06/SNV81800.jpg” ]
Bildiyiniz kimi, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun prioritet elan etdiyi sahələrdən biri də gənclərin fiziki sağlamlıqlarının təmin olunmasıdır. Bu məqsədlə son zamanlar cəmiyyətimizdə yayılmaqda olan və ciddi aktual problemə çevrilən talassemiya və hemofiliya kimi qan xəstəliklərindən əziyyət çəkən gənc şəxslərə yardım göstərilməsi sahəsində Fond tərəfindən sosial kampaniya başlanmışdır. Bu sahədə gənclərin fəallığını təmin etmək və sosial maarifləndirmə işlərini regionlarda da aparmaq üçün kampaniyanın maarifləndirmə avtobusu ölkəmizin 12 şəhər və rayonunda 1 günlük aksiyalar keçirməyi nəzərdə tutmuşdur.
Artıq aksiya Hacıqabul, Bərdə, Mingəçevir, Zaqatala, Şəkidə, Qəbələdə keçirilmişdir. Aksiyalarda Gənclər Fondunun sektor müdiri Orxan Ərəbov və digər nümayəndələr iştirak edirlər. Xüsusilə gənclərin fəallığı ilə keçirilən aksiyalar əhali tərəfindən rəğbətlə qarşılanmışdır. Şəki şəhərində keçirilən aksiya isə xüsusilə diqqət çəkmiş və yaddaqalan olmuşdur. Belə ki, aksiyaya Şəki şəhərində yerləşən n saylı hərbi hissədə qulluq edən zabit və əsgər heyəti də qoşulmuşdur. Bu hadisənin 26 iyun – Silahlı Qüvvələr Günü baş verməsi isə xüsusi bir əhəmiyyətə malikdir. Bu gün isə aksiya Şamaxıda baş tutacaq.
Qeyd edək ki, aksiya Tovuz, Gəncə, Göygöl və Xaçmazda davam edəcəkdir. Nəzərinizə çatdıraq ki, Azərbaycan Gənclər Fondu tərəfindən layihə çərçivəsində hazırlanmış Fəxri Donor Kartları qan verən bütün aksiya iştirakçılarına paylanmışdır. Donor kartları vasitəsilə ümumi məlumat bazası hazırlanacaq və gələcəkdə donorlara müraciət etmək imkanı yaradılacaqdır.
[divider_line opacity=”10″ /] [postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”7921″ id=”7921″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]