[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2013/05/Telim-1.jpg” ]
“Könüllülərin Beynəlxalq Əməkdaşlığı” İctimai Birliyi 25-27 may 2013-cü il tarixində Cəlilabad və Yardımlı rayonlarındakı bir neçə orta məktəbdə “Region məktəblərində İKT-dən istifadə vərdişlərinin inkişaf etdirilməsi” layihəsi çərçivəsində şagirdlər üçün təlim keçib. Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə hayata keçirilən layihənin məqsədi region məktəblərində İKT ilə bağlı vəziyyəti öyrənmək, şagirdləri İKT-nin müsbət və mənfi tərəfləri ilə bağlı məlumatlandırmaq olub.
Təlimlər çərçivəsində şagirdlərə internetdən təhlükəsiz istifadənin qaydaları ilə də bağlı məlumat verilib. Təlim proqramında həmçinin şagirdlərin daha çox marağına səbəb olan internetdən istifadə etməklə xaricdə təhsil almağın mümkünlüyü və qaydaları da yer alıb.