[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2013/05/Telebe_CUP_logo1.jpg” ]
“Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə Tələbələrarası II Azərbaycan Çempionatının Bakı seçim turu keçirilib. Seçim turu “İrəli” İctimai Birliyi və “Xəzər” İntellektual Gənclər Klubunun təşkilatçılığı, Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə təşkil olunub.
Mayın 11-də keçirilmiş seçim turunda Bakı və Sumqayıt universitetlərinin tələbələrindən ibarət komandalar yarışıblar. “Xəzər” İntellektual Gənclər Klubundan verilən məlumata görə, sinxron olaraq təşkil olunmuş seçim turunda 100-dən çox komanda iştirak edib.
Keçirilmiş sinxron yarış nəticəsində 25 komanda “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə Tələbələrarası II Azərbaycan Çempionatının finalına vəsiqə qazanıb.
Xatırladaq ki, “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə Tələbələrarası II Azərbaycan Çempionatı 26 may tarixində Bakıda təşkil olunacaq.