![](https://youthfoundation.az/wp-content/uploads/2019/10/CVND8636-1200x675.jpg)
Beynəlxalq təcrübənin öyrənilməsi məqsədilə 18 may–15 iyun və 16 iyun–19 iyul 2019-cu il tarixlərində 14 gənc Gənclər Fondunun dəstəyi ilə Avropa Parlamentinə (Brüssel şəhərində) 1 aylıq təcrübə səfərinə göndərilib. 1 oktyabr 2019-cu il tarixində təcrübə səfərlərini başa vuran gənclərlə Gənclər Fondunda görüş keçirilib. Görüşdə Avropa İttifaqının Azərbaycan nümayəndəliyinin rəhbəri səfir Kestutis Jannkauskasın iştirakı ilə təcrübə müddətini uğurla bitirən gənclər sertifikatla təltif olunublar.