[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2013/05/UNKNOWN_PARAMETER_VALUE.jpg” ]
4 may 2013-cü il tarixində Gəncliyin Elmi Mədəni İnkişafı İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının ofisində reallaşan ‘’Region Gənclərinin Müasir Bilik Akademiyası layihəsi’’-nin təqdimatını keçirib. Təqdimatda tələbələri maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, layihə çərçivəsində Bakı qeydiyyatında olmayan şəxslər 2 ay müddətində rus və ingilis dilindən Gəncliyin Elmi Mədəni İnkişafı İctimai Birliyində ödənişsiz təhsil almaq imkanına malik olacaqlar.