Azərbaycan Gənclər Fondunin dəstəyi ilə «Beyləqan Gənclərinin Maarifləndirilməsi və Sosial İnkişafı» İctimai Birliyi tərəfindən həyata keçirilən “Tarixi və mədəni abidələrimizi öyrənək və təbliğ edək” adlı layihə çərçivəsində növbəti ekskursiya formatında düşərgə həyata keçirilib.
Maarifləndirmə və ekskursiya proqramı çərçivəsində təşkil edilən “Tarixi və mədəni abidələrimizi öyrənək və təbliğ edək” layihəsinin əsas məqsədi Azərbaycanın tarixi və mədəni abidələrinin, arxeoloji yeniliklərinin geniş formada təbliğini hayata keçirmək və bu prossesə yeniyetmə və gəncləri geniş formada cəlb etməklə, tarixi irsimizin təbliğini gücləndirmək, onların şəxsi inkişafına, sosiallaşması, həyata fərqli baxış və liderlik bacarıqlarını inkişaf etdirmək, ictimai fəallığının artırılmasını təşviq etmək təşkil edir.
Göygöl Olimpiya İdman Kompleksində 11-12-13 sentyabr tarixində cəbhəyanı bölgələrdən olan region gənclərinin iştirakı ilə baş tutan ekskursiya və düşərgənin iştirakçıları müxtəlif maarifləndirici sessiyalarda iştirakla bərabər Qarabağ, Gəncə-Qazax regionunun tarixi-arxeoloji abidələrı ilə tanışlıq, Göygöl Milli Parkına eko-tur, muzeylərə, Bayraq meydanına, Heydər Əliyev Mərkəzlərinə səfər, təqdimatlar və praktik təlimlər, intellektual-əyləncəli müsabiqələr, idman yarışlari, Olimpiya idman kompleksinin imkanlarından yararlanmaq fürsəti əldə ediblər. Həmçinin, gənclər maraqlı fikir mübadilələri aparmış, asudə vaxtları maraqlı təşkil olunub.
Layihə çərçivəsində gənclər “Naftalan-Goranboy arxeoloji ekspedisiyası” nın rəhbəri, tarix üzrə fəlsəfə doktoru, dosent Müzəffər Hüseynovun rəhbərliyi altında aparılmış arxeoloji qazıntılarla yaxından tanış olmuş, qazıntıların aparılması qaydaları və qazıntı zamanı aşkar edilmiş qiymətli tapıntıların inventarlaşdırılması haqqında praktiki şəkildə biliklər əldə ediblər.
İştirakçılar region gənclərinin Azərbaycanın tarixi və mədəni irsinin daha dərindən öyrəniməsi baxımından böyük əhəmiyyəti olan ilk belə düşərgənin təşkil olunmasına görə Azərbaycan Gənclər Fonduna təşəkkürlərini bildirərək xoş təəsüratlarla iştirak etdiklərini bildirmiş və gələcəkdə də belə düşərgələrin təşkil olunmasının region gənclərinin tarixi abidələrimizin daha dərindən öyrənilməsi və təbliği baxımından böyük əhəmiyyətinın ola biləcəyini bildiriblər.
.