[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2013/03/DSC05201.jpg” ]
“Hüquqşünas Qadınlar Assosiasiyası” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə “Gənc nəslin ekologiya hüququ sahəsində maarifləndirilməsi” layihəsinin icrasını uğurla davam etdirir.
İcra planına uyğun olaraq 9 fevral 2013-cü il tarixində Sumqayıt şəhərində keçirilmiş “Ekologiya və sağlamlıq” adlanan təlim həmin şəhərdə fəaliyyət göstərən “Tibb Bacısı” Məhdud Məsuliyyətli Cəmiyyətinin nəzdində təhsil alan “Tibb Bacısı” kursunun dinləyiciləri üçün təşkil edilmişdir.
Ekspert qismində “Tibb Bacısı” MMC-nin təsisçisi və tanınmış həkim Müşviqə Əliyeva iştirak etmişdir. Treninq zamanı ekologiyanın sağlamlığa təsiri və ekologiya hüququ vasitəsilə sağlamlıq hüququnun qorunması məsələləri barədə iştirakçılara məlumat verilmiş və onları maraqlandıran suallar ekspertlər tərəfindən cavablandırılmışıdr. Treninq iştirakçılar tərəfindən böyük maraqla qarşılanmışdır.
[divider_line opacity=”10″ /] [postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”6326″ id=”6326″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]