Layihə sosial istiqamətdə nəzərdə tutulmuş və sağlamlıq imkanları məhdud, musiqi bacarığına yiyələnən şəxslərdən ibarət musiqi yarışmasının təşkili üçün nəzərdə tutulub. Fiziki məhdudiyyət, çalğı aləti və yaş qrupundan asılı olmayaraq insanlara kompleksdən azad olmağa yardım etmək, onların bacarığını üzə çıxarmaq, iştirakçıları musiqi fəaliyyətinə həvəsləndirmək və dəstəkləmək, geniş auditoriya kütləsini cəlb etmək, eləcə də, cəmiyyətdə uzun müddətdir ki, aktual olan “əlillik” stereotipini qırmaq layihənin əsas məqsədidir. Layihə 3 gün davam edib. İlk gün iştirakçılara çıxış zamanı həyəcanı azaltmaq, özgüvəni daha da artırmaq məqsədilə psixoloq İlahə Məmmədova tərəfindən motivasiya məzmunlu seminar keçirilib. Layihənin 2-ci günü musiqi bacarığı olan iştirakçılardan ibarət musiqi yarışması təşkil olunub. Layihənin 3-cü günü iştirakçılara sertifikatlar təqdim olunub və yarışmanın qalibləri hədiyyələrlə mükafatlandırılıb.