Azərbaycan Respublikasının Gənclər Fondunun 11-ci qrant müsabiqəsinin qalibi olan Gülçin Qasımova tərəfindən Şəmkir rayon Gənclər və İdman İdarəsinin, “Böyük Yol” Gənclər İctimai Birliyinin tərəfdaşlığı ilə Milli Teatr gününə həsr olunmuş “Səhnədəki Ədəbiyyatımız” adlı layihə keçirilib.
İnsanın kamilləşməsi, şəxsiyyət kimi formalaşması, cəmiyyət üçün layiqli vətəndaşa çevrilməsi üçün yüksək biliyi, savadı, təfəkkürü olmalıdır. Bu biliyi və savadı isə ona yalnız kitablar verə bilər. Kitab oxumaq insanı saflaşdırır, onu xoşagəlməz addımlardan çəkindirir. İnternet və digər informasiya texnologiyaları nə qədər inkişaf etsə belə, hələ uzun illər bundan sonra kitabı, xüsusilə də, bədii əsərləri əvəz edə bilməyəcək. Məhz layihənin də əsas məqsədi Azərbaycan ədəbiyyatı klassiklərinin əsərlərinin səhnələşdirilməsi vasitəsilə yeniyetmə və gənclərdə bədii və elmi ədəbiyyata marağın artırılmasıdır.
Teatr zamanı Azərbaycan ədəbiyyatında olan dram əsərlər, povestlər, novellalar Şəmkir rayonunda fəaliyyət göstərən orta ali təhsil müəsissələrinin sagirdləri tərəfindən səhnələşdirilib. Şəmkir rayon Əhməd Cavad adına Mədəniyyət Mərkəzində baş tutan teatr zamanı ədəbiyyatımızın inciləri sayılan əsərlər səhnələşdirilib.
Teatrın sonunda layihə rəhbəri və rəsmi şəxslər çıxış etdikdən sonra layihə iştirakçıları sertifikatla təltif olunublar.