13 mart 2019-cu il tarixində Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi, UNICEF və BAMF-ın birgə layihəsi olan “Azərbaycan Gənclərinə Dəstək Proqramı”nın (AYAP) təşkilatı dəstəyi ilə Tərtər rayonunda qaçqın və məcburi köçkün düşərgələrində yaşayan 14 – 29 yaş arası yeniyetmə və gənclərin Mina Təhlükəsizliyi bilik və bacarqıların əldə edilməsi üçün “Gənclərin Mina təhlükəsizliyi ilə bağlı maarifləndirilməsi təlimlər keçirilib. Hər birində 20 nəfər olmaqla 5 dəfə təlimlər təşkil olunub. Lahiyə rəhbəri Xəlilov Elmin lahiyənin əsas məqsədləri barədə təlim iştirkacilarına məlumat verib. ANAMA-nın təcürbəli işcilərindən olan Rövşən Salmanov gənclərə minanın təhlükəli tərəfləri və minalı ərazilərdə necə diqqətli olunmasını, mina ilə qarşılaşdıqda necə rəftar etməli və hara müraciət etmələri haqqında gənclərə praktiki şəkildə məlumat verilib. Təlim iştirakçılarına layihə haqqında olan buklet paylanılıb. Təlimin sonunda isə təlim iştiraçılarına layihə rəhbəri tərəfindən sertifikatlar təqdim olunub və xatirə fotoları çəkilib.