Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə Xəzər Gənclər Evində “Kubik Rubiklə Şəxsi İnkişaf” adlı layihə çərçivəsində təlimlər keçirilib. Tədbirdə ümumilikdə 55 nəfər gənc iştirak edib. Giriş sözü ilə tədbiri açıq elan edən layihə rəhbəri Məmmədov İbrahim tədbir iştirakçılarına layihə haqqında məlumat verib. O qeyd edib ki, layihənin əsas məqsədi kubik rubikə marağı olan gənclərin intellektual biliklərinin artırılması, yaddaş, həmçinində əl, göz koordinasiyalarının surətli inkişafıdır.
Daha sonra təlimçi Həzrət Məmmədrzayev çıxış edərək gənclərə 4 təlim boyunca 3×3 ölçülü kubik rubikin yığılma alqoritlmərini izah etmiş və gəclərlə birbaşa olaraq praktiki bacarıqları inkişaf etdiriblər. Layihə çərçivəsində daha çox gəncin maariflənməsi üçün sosial şəbəkələrdə iştirakçılara məlumatlandırıcı məlumatlar paylanılıb. Təlimin sonunda tədbir iştirakçılarına sertifikatlar təqdim olunub.