[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2012/11/546845_289278681172599_404525559_n.jpg” ]
Azərbaycan Gənlər Fondunun dəstəyi ilə Sosial və Psixoloji Tədqiqatlar Mərkəzinin “Yeni İdarəçilər Məktəbi” fəaliyyətini davam etdirir. Məktəb oktyabr ayının 20-21-də Tovuz Rayon Gənclər və İdman İdarəsinin dəstəyilə Tovuz şəhərində, noyabırın 3-4-ü Qazax Rayon Gənclər və İdman İdarəsinin və “Gənc Liderlər” İctimai Birliyinin dəstəyilə Qazax şəhərində 80 tələbə və gəncə təlim keçib. Region gəncləri “İdarəetmənin cəmiyyətdə əhəmiyyəti”, “İdarəetmədə liderin effektiv rolu”, “İdarəetmə çətindir, amma onu kimsə etməlidir”, “Şəbəkələşmə və gənclər hərəkatının yaradılması əhəmiyyəti”, “Yeni idarəetmə tərzi”, “Layihə idarəetməsi”, “Layihə planlaşdırılması”, “Xeyriyyəçilik”, “İcma bacarıqlarının artırılması”, “Komanda işinin təşkili”, “PR-Müasir dünyada uğurun tək açarı” kimi mövzularından bəhrələnmiş, həmçinin mövzularla əlaqəli rol oyunu, qrup işləri və kiçik debatlarda iştirak etmişlər. Təlimçilər Günel Aslanova, Nazim Mahmudov, Cavid Şahmalıyev, Əhəd Kazımov və Günel Səfərova olub.
Qeyd edək ki, “Yeni İdarəçilər Məktəbi”nin məqsədi regionlarda gənclərə idarəçilik və liderlik mövzusunda təlimlər, interaktiv seminarlar, debatlar təşkil etməklə onların bu sahədə yeni bilik və bacarıqlarının artırılmasına nail olmaqdır. Layihənin hədəf qrupuna ali təhsil müəssisələrinin tələbələri, dövlət, özəl və ictimai sektorda işləyən gənc mütəxəssislər daxildir.
Növbəti təlimlər Goranboy və Gəncə şəhərlərində olacaq.