[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2012/11/DSC07617.jpg” ]
“Müasir Qadın və Cəmiyyət” İctimai Birliyi Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə “Qobustanda gənc qızların sosial fəallığına dəstək kampaniyaları” adlı layihə həyata keçirmişdir. Layihənin məqsədi gənc qızların ailəyə hazırlığını, ailədə sosial davamlılığını təmin etməkdən, ailə mədəniyyətinin inkişaf etdirilməsi və ailə institutunun möhkəmlənməsindən, eyni zamanda region qızlarında sahibkarlıq bacarığı, özünəgüvən hisslərinin aşılanmasından, sosial təşəbbüskarlığın, ictimai fəallığının artırılmasından, erkən nigahın qarşısının alınmasına dəstək verməkdən ibarət idi. Keçirilən treninqlər və təlimlərdə “Müasir Qadın və Cəmiyyət” İctimai Birliyinin sədri Fidan Maxsudova çıxış edərək iştirakçılara layihənin məqsədindən və zəruriliyindən danışmışdır. Sonra ekspert və təlimçilərin iştirakı ilə “Ailə mədəniyyəti”, “Qadınların ailədə rolu və vəzifələri”, “Xanımlar gözəllik və nəzakət simvolu kimi”, “Sağlamlıq və estetik zövq mədəniyyəti”, “Hüquqlarımız və özümüzü necə qoruyaq”, “Erkən nigah və onun fəsadları”, “Qızlar və qadınlarda davamlılıq və sosial aktivlik” mövzularında təlimlər keçirilib.
İşçi qrupları ilə keçirilən tədbirlər qızları daha da aktivləşdirmişdir. 10 gün davam edən təlimlərin sonunda “Erkən nigaha yox!”, “Erkən nigah təhlükəli gələcəkdir!”, “Düşünərək qərar verək!”, “Mənim düşüncələrim, mənim seçimim” şüarları yazılmış köynəklər, layihənin mövzusu üzrə broşurlar paylanmış və regional maarifləndirmə aksiyaları təşkil olunmuşdur. “Qobustanda gənc qızların sosial fəallığına dəstək kampaniyaları” adlı layihə çərçivəsində “Qızların Regional Sosial Təşəbbüs Mərkəzi” yaradılmışdır.
[divider_line opacity=”10″ /] [postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”4508″ id=”4508″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]