[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2012/11/DSC_3476.jpg” ]
“Vətənpərvər Maarifçi Gənclər” İctimai Birliyinin Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi yanında Gənclər Fondunun (AzGF) maliyyə dəstəyi ilə həyata keçirdiyi “Biz hüquqlarımızı bilirik!” adlı layihəsi çərçivəsində 10-11 noyabr 2012-ci il tarixlərində, Zaqatala rayonunda təlimlər həyata keçirilmişdir. Əsas məqsəd ölkədə aparılan hüquqi maarifləndirmə işinə dəstək vermək olan layihədə, ümumilikdə 30 gənc iştirak etmişdir. 2 gün davam edən təlimlərdə gənclərə vətəndaşların hüquq və azadlıqlarından, vəzifə və səlahiyyətlərindən danışılmış, hər bir vətəndaşın bilməli olduğu hüquq və vəzifələr izah edilərək, hüquqlardan istifadə qaydaları, onları müdafiəetmə üsulları şərh edilmişdir.
Təlimlərdə gənclərin hər birinə Azərbaycan Respublikasının Qanunvericiliyindən çıxarışların toplandığı “Mənim hüquqlarım” adlı hüquqi-maarifləndirici toplu təqdim olunmuş və təlim kursunun yekununda iştirakçılara diplomlar verlmişdir. Gənclərin böyük maraqla qarşıladığı təlimlərdə gənclərə fəal şəkildə hüquqi maarifləndirmə işinə qoşulmaq və vətəndaş cəmiyyətinin qurulmasında yaxından iştirak etmək tövsiyə edilmişdir.
Qeyd edək ki, layihə çərçivəsində anoloji təlimlər daha iki şəhərdə keçiriləcək.