![](https://youthfoundation.az/wp-content/uploads/2019/01/51036581_619184731873161_5594880315395932160_n.jpg)
26-27 yanvar 2019-cu il tarixlərində Azərbaycan Respublikasının Gənclər Fondunun elan etdiyi XI qrant müsabiqəsi çərçivəsində C kateqoriyası üzrə qalib olan “NatiqSən” layihəsinin açılış mərasimi və təlimlərin 1-ci mərhələsi keçirilmişdir.
Layihə rəhbəri Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının III kurs tələbəsi Güntəkin Mehnətli çıxış edərək iştirakçıları salamlamışdır. Layihənin məqsədi Neftçala şəhərində yaşayan 11-ci sinif şagirdlərinin natiqlik qabiliyyətinin inkişaf etdirilməsi və onlarda sosial problemlərə qarşı diqqətin artırılmasıdır.
Layihə 5 mərhələdən ibarət olmaqla açılış mərasimi, 2 günlük təlimlər, qiymətləndirmə və bağlanış mərasimindən ibarətdir.
Bağlanış mərasimində qiymətləndirmədən asılı olaraq məktəblilərə sertifikat, diplom və hədiyyələr təqdim olunacaqdır.