[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2012/11/ph_1.jpg” ]
Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ) tərəfindən Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin tərəfdaşlığı, Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən “Kreativ Gənclər Şəbəkəsi” layihəsi davam edir. Lənkəran şəhərində Lənkəran şəhər İcra Hakimiyyəti, Lənkəran şəhər Gənclər və İdman İdarəsi və Lənkəran Dövlət Universitetinin təşkilati dəstəyi ilə “Lənkəran Kreativ Gənclər Forumu” təşkil olunub. Forum zamanı iştirakçılara “Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı, Azərbaycan Gənclər Fondu və “Kreativ Gənclər Şəbəkəsi” layihəsi haqqında məlumat verilib. Daha sonra iştirakçılar Dövlət, QHT, Biznes və KİV üzrə dəvət olunmuş ekspertlərin çıxışlarını dinləyib, ekspertlərə Dövlət proqramında təmsil etdikləri sahələr üzrə yer alan maddələr haqqında suallarını ünvanlayıblar.
Forumda Dövlət sektorunu Lənkəran şəhər Gənclər və İdman İdarəsinin rəis müavini Nazim Vəliyev, Lənkəran şəhər Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi Məhəmməd Abasquliyev, QHT sektorunu ARGTMŞ-nin sədr müavini Mirhəsən Seyidov, Biznes sektorunu “DNS Computers”-in Lənkəran filialının əməkdaşları Samir Salayev, Emin Əsgərov, KİV-i isə Cənub TV-nin əməkdaşları Aygün Əliyeva və Emin Cəbiyev təmsil ediblər.
Ümumilikdə 150-yə yaxın gəncin iştirak etdiyi Forum ekspertlər və gənclər arasında fikir mübadiləsi və müzakirələrlə davam edib. Müzakirələr əsasında gənclər öz ideyalarını bölüşərək Dövlət Proqramı üçün təkliflər səsləndirib və bu təkliflər üzərində müzakirələr aparıblar. Tədbir zamanı iştirakçılar onlara təqdim olunmuş xüsusi təklif forması vasitəsilə təkliflərini yazılı formada da təqdim etmək imkanı əldə ediblər. Təqdimat zamanı fəallığı və kreativliyi ilə seçilən iştirakçılar Respublika Forumunda iştirak hüququ əldə ediblər.
Məlumat üçün qeyd edək ki, “Kreativ Gənclər Şəbəkəsi” layihəsinin məqsədi paytaxt və regionlardan olan gəncləri peşəkar maraq sahələri üzrə istiqamətləndirərək təlimləndirmək, “Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı” çərçivəsində fikir mübadiləsi aparılmasını təmin etmək və kreativ gəncləri üzə çıxarmaqdır. Layihə ərzində gənclər öz maraq dairələri üzrə toplanaraq təlimləndirilir, fəallaşdırılır və öz təşəbbüsləri ilə çıxış etmək imkanını əldə edirlər. Layihə 3 mərhələni əhatə edir; Bakıda keçirilən tədbirlər, regionlarda keçirilən tədbirlər və Respublika Forumu. Bakı şəhəri üzrə tədbirlər ali təhsil müəssisələrində həyata keçirilir. Layihə Bakı, Lənkəran, Şəki və Gəncə şəhərlərində yaşayan 1000-dən artıq gənci əhatə edir.
Layihə nəticəsində kreativ və fəal gənclər seçiləcək, gənclər arasında “Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı” ilə bağlı ilkin məlumat formalaşacaq, gənclər tərəfindən Dövlət Proqramının icrası üçün təşəbbüslər söylənəcək və mexanizmlər təklif olunacaq.