[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2012/11/P091012_113202.jpg” ]
Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi yanında Gənclər Fondunun maliyyələşdirdiyi, “İnnovasiyaya doğru” Gənclərə Dəstək İctimai Birliyinin həyata keçirdiyi “Milli dəyərlərimizlə məktəbdən Avropaya doğru” layihəsinin icrası davam edir. Layihə çərçivəsində Bakı şəhərinin 4 rayonunda (Yasamal, Nəsimi, Nizami və Binəqədi rayonları) 20 məktəbin 80 məktəblisinə seminarlar keçirilib.
Seminarlar aşağıdakı mövzuları əhatə edib:
✓ Demokratiya, vətəndaş cəmiyyəti, insan hüquqları nədir?
✓ Avropa dəyərləri və uşaq hüquqları (Avropada uşaqları niyə döymürlər?)
✓ Avropanı zənginləşdirə biləcəyimiz milli dəyərlərimiz!
✓ Ölkəmizin Gənclər siyasəti
İctimai Birliyin sədri Rəşad Cəfərovun verdiyi məlumata görə, seminarlara hər məktəbdən 4 nəfər fəal şagird cəlb olunub. Seminarların keçirilməsinə oktyabr ayından başlanılıb və hər rayon üzrə ayrı-ayrılıqda keçirilib.
Layihənin əsas məqsəd və vəzifələri qısa bir müddətdən sonra fəal gənclər ordusuna çevriləcək məktəbliləri hörmət, tolerantlıq, qarşılıqlı anlaşma, avropa dəyərlərinin əsas prinsipləri əsasında, həmçinin milli dəyərlərimizi qorumaqla bir cəmiyyət qurmasına çağırmaqdır. İstəyimiz məktəblilərə insan hüquqları və demokratiyanın əsas prinsipləri haqqında məlumat vermək, ölkəmizin gənclər siyasətinin təbliği və möhkəmləndiriməsinə, Avropa ailəsinə üzv olmaqla milli dəyərlərimizin qorunub saxlanılmasına çalışmaq, məktəblilər arasında bilik, bacarıq və müzakirələr mübadiləsini təmin etməkdir. Seminarlarda müzakirə və debat metodlarından istifadə edilərək qeyri-formal tədris tətbiq edilib,.
Seminarlarda iştirak edən məktəblilərə əldə etdikləri bilikləri mütamadi olaraq öz həmyaşıdlarına və gənclərə çatdırmaları, eyni zamanda “Milli dəyərlərimizlə məktəbdən Avropaya doğru” adlı kampaniyanın informasiya təmsilçisi kimi çıxış etmələri aşılanıb.