Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun X qrant müsabiqəsinin qalibi olan “Milli mədəni irsimiz gələcəyin xəritəsidir” adlı layihə həyata keçirilmişdir.
Layihənin keçirilməsində əsas məqsəd Mədəni İrsin qorunmasında əsas məbəd hesab edilən muzeylərin məktəblərdə aparılan təlim-təhsil sistemi ilə birgə strukturlaşdırılmış və təhsil müəssisələri ilə razılaşdırılmış fəaliyyətlərin təşkil edilməsi idi.
Lahiyə Şirvan, Sabirabad və Saatlı rayonlarında təşkil edilmişdır. Lahiyə zamanı tədbirlər sadalanan rayon məktəblərində keçirilmiş, tədbirə cəlb olunan şagirdlər bu sahədə maarifləndirilmişlər.