[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2012/11/seki.jpg” ]
Oktyabrın 28-də Azərbaycan Gənclər Fondu tərəfindən dəstəklənən “Ədəbiyyat Şəbəkəsi” layihəsi Şəkidə təqdim olunub. Görüşlərdə fəlsəfə elmləri doktoru, professor Niyazi Mehdi, “Qanun” Nəşriyyatının direktoru Şahbaz Xuduoğlu, Nizami Gəncəvini ingilis dilinə tərcümə edən Ragnhild Thori, Bakıda fəaliyət göstərən “BookClub”ın 12 fəal üzvü və “Ədəbiyyat Şəbəkəsi” layihəsinin təşkilat komitəsi iştirak edib.
Şəkinin STV Regional Televiziyası tərəfindən təşkil olunmuş dəyirmi masada həm Bakıdan gələn qonaqlar, həm də yerli kitabsevərlər iştirak etmişlər. Görüşdə Azərbaycanın indiki kitab və ədəbiyyat sahəsinin vəziyyəti, gənclərin kitaba həvəsini artırmaq yolları, “Ədəbiyyat Şəbəkəsi” layihəsinin məqsəd və vəzifələri müzakirə olunub. Qonaqlar Şəki gənclərini layihəyə qoşulmaq və keçiriləcək aksiyada iştirak etməyə dəvət ediblər.
Oktyabrın 29-da layihənin təşkilat komitəsinin üzvləri STV telekanalının müxtəlif xəbər və analitik verilişlərinin qonaqı olublar.
Daha sonra Şəkinin Mərkəzi Bəxtiyar Vahabzadə adına parkında kitab oxumaq aksiyası təşkil olunub. Aksiya yerli sakinlər tərəfindən böyük dəstək almışdır. Flashmoba Şəki kitabsevərləri də qoşulublar.
Şəki parkında gənclərə pulsuz kitablar paylanmış, yeni çıxan kitablarla bağlı məlumat verilmişdir.
[divider_line opacity=”10″ /] [postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”4052″ id=”4052″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]