Respublikamızda cənab Prezident İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu gənclər siyasətinin nəticəsi olaraq, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu, Birləşmiş Millətlər Təşkilatının İnkişaf proqramı (UNDP) və Bəhreyn Krallığının təşəbbüsü və tərəfdaşlığı ilə təsis edilmiş “Davamlı inkişafa nail olmaq üçün Gənclərin Gücləndirilməsi” üzrə King Hamad mükafatına layiq görülmüşdür.
Bu məqsədlə 2018-ci il fevral ayının 25-də Bəhreyn Krallığında, Bəhreyn Kralının iqamətgahında Kral Hamadın iştirakı ilə Mükafatlandırılma Mərasimi keçirilmişdir. Mərasimdə Gənclər Fondunu təmsil edən nümayəndə heyətinin rəhbəri Faiq Qürbətov Gənclər Fondu üçün təsis edilmiş mükafatı Kral Hamaddan qəbul etmişdir.
Səfər zamanı nümayəndə heyəti, Behreynin Gənclər və İdman nazirinin iştirakı ilə qaliblər üçün təşkil edilmiş sərginin açılışında iştirak etmiş və CNN televiziya kanalının Bəhreyn nümayəndəliyinə Fondun qalibiyyəti və fəaliyyəti haqqında müsahibə vermişdir. Nümayəndə heyətinin tərkibində BMT İnkişaf Proqramının Azərbaycan Respublikasındakı Strateji Əməkdaşlıq üzrə müşaviri Məzahir Əfəndiyev, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun Stateji planlaşdırma və beynəlxalq əlaqələr sektorunun müdiri Vüsalə Niftəliyeva və Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun Stateji planlaşdırma və beynəlxalq əlaqələr sektorunun aparıcı məsləhətçisi Afaq Nadirli iştirak etmişdir.