[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2012/11/images-11.jpg” ]
«Rezonans» Gənclər İctimаi Birliyinin Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi yanında Gənclər Fondunun dəstəyi ilə həyata keçirdiyi “21-ci əsrin gəncliyi: Könüllülük hərəkatının genişləndirilməsi!” layihəsi çərçivəsində “Könüllülük fəaliyyəti” kitabı çapdan çıxmışdır. Kitabda könüllülük fəaliyyətinin tarixi, mahiyyəti, fəaliyyət istiqamətləri, beynəlxalq təcrübə, ölkəmizdə onun tənzimlənməsi üçün qanunvericilik bazası barədə məlumatlar dərc edilmişdir.