Binəqədi rayonunda Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Yaşıl dünya” adlı layihə həyata keçirildi.
Gənclər Fondunun 10-cu qrant müsabiqəsinin qalibi olan layihənin keçirilməsində əsas məqsəd hal-hazırda mövcud olan ekoloji vəziyyət və ekoloji problemlərin həllində gənclərin rolunun artırılması istiqamətində onların maarifləndirilməsidir.
Qeyd edək ki, layihənin rəhbəri Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının 3-cü kurs tələbəsi Murad Hüseynovdur. 3 gün davam edən layihə ərzində 2 təlim və akademik Zərifə Əliyeva adına istirahət parkında iməcilik aksiyası keçirilmişdir.
Layihədə Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası və Azərbaycan Universitetinin tələbələri iştirak etmişdir.