Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən “Ətraf mühitin qorunmasında gənclərin rolunun artırılması” gənclər üçün maarifləndirici seminarların təşkili layihəsi uğurla icra olunmuşdur.
Layihə rəhbəri İbrahimov Loğmanın verdiyi məlumata görə, 10-cu qrant müsabiqəsi çərçivəsində keçirilən və 3 gün davam edən seminarlarda Azərbaycanda ekologiya təhlükəsizliyi, ətraf mühit və ətraf mühitin mühafizəsi və gənclər arasında ətraf mühitin mühafizəsi sahəsində son yeniliklər və nailiyyətlərin təbliği haqqında nəzəri və praktik müzakirələr aparılmışdır. Sonda seminar iştirakçılarından seminarlarda fəal olan gənclər sertifikatlarla təltif olundular.
Tədbirlər zamanı və tədbirlərdən sonra mövzu ilə bağlı Gənclər Fondunun maliyyə dəstəyi ilə hazırlanmış çap materialları gənclər arasında paylanılmışdır.