![](https://youthfoundation.az/wp-content/uploads/2017/12/IMG_0661_839b7c9bca4aafa34c3885a7b86c1505.jpg)
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən “Sosial şəbəkələrdə gənclərin təbliğat bacarıqlarının artırılması” layihəsi uğurla icra olunmuşdur.
Layihə rəhbəri Pənahov Abbasın verdiyi məlumata görə, 10-cu qrant müsabiqəsi çərçivəsində keçirilən və 3 gün davam edən seminarlarda sosial şəbəkələr, sosial media, sosial şəbəkələrdə təbliğat aksiyaları və onların aparılma qaydaları və miqyası haqqında nəzəri və praktik müzakirələr aparılmışdır. Sonda seminar iştirakçılarından sosial şəbəkələrdə fəal olan gənclər sertifikatlarla təltif olundular.
Tədbirlər zamanı və tədbirlərdən sonra mövzu ilə bağlı Gənclər Fondunun maliyyə dəstəyi ilə hazırlanmış çap materialları gənclər arasında paylanılmışdır.