![](https://youthfoundation.az/wp-content/uploads/2017/12/25445898_1650187395031146_152563925572305966_n.jpg)
16-17 dekabr 2017-ci il tarixində Binəqədi Gənclər Evində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi və fiziki şəxs Həcər Abbaslının təşkilatçılığı ilə həyata keçirilən “Gənc Tədqiqatçılar Məktəbi” layihəsi çərçivəsində ali təhsil müəssisələrində təhsil alan tələbələr üçün “Tədqiqat Metodları” mövzusunda təlimin doqquzuncu və onuncu modulu təşkil edilmişdir.
Təlimin doqquzuncu və onuncu modulu ekspert İsmayıl Kərimovun mühazirəsi ilə davam etmişdir. O, təlimin 9-cu modulunda keyfiyyət tədqiqatları metodlarını – fokus qruplarla görüş, müşahidə, müsahibə və kontent analizi metodların haqqında danışmış, 10-cu modulda isə ölkəmizdə ali məktəblərdə buraxılış işləri və magistratura dissertasiyalarının yazılış qaydaları və strukturları haqqında biliklər təlim iştirakçılarına çatdırılmışdır.
Təlimin sonunda təlim iştirakçıları ilə gələcək planlar müzakirə edilmiş, praktiki hissədəki mövzuların təqdimatları olmuşdur.