![](https://youthfoundation.az/wp-content/uploads/2017/12/25498454_1649058651810687_2988136297729475823_n.jpg)
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin təşkilatı dəstəyi ilə “Gənclərin natiqlik bacarıqlarının inkişafı” layihəsinə start verilib.
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun 10-cu qrant müsabiqəsinin qalibi olmuş Vüsal Ömərovun reallaşdıracağı layihənin əsas məqsədi yeniyetmə və gənclərin natiqlik bacarıqlarının inkişafı, onların kütlə qarşısında çıxışının,natiqlik bacarıqlarının inkişaf etdirilməsinin, öz fikrini sərbəst və məntiqli ifadə edə bilən gənc nəslin formalaşdırılmasının təmin edilməsidir.
Qeyd etmək istərdik ki, 20 dekabr 2017-ci il tarixdə Təfəkkür Universitetində layihənin ilk təliminin keçirilməsi nəzərdə tutulmuşdur.