![](https://youthfoundation.az/wp-content/uploads/2017/12/25353918_1647681395281746_5389858390698214190_n.jpg)
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Əliyeva Vüsalə İnqilab qızı tərəfindən “Kitabla dostluq” layihəsi çərçəvisində Sabunçu rayon gənclər evində ilk tədbir keçirilmişdir.
Uşaq və gənclər arasında elmi və bədii ədəbiyyata marağın artırılması məqsədilə yerli və xarici ədəbiyyat nümunələri oxunub qaytarmaq şərtilə layihəyə cəlb olunmuş orta məktəb şagirdlərinə paylanmışdır.
Sonda layihədə istifadə olunan kitablar ucqar kənd məktəblərinin təkmilləşdirilməsinə kömək məqsədilə Astara rayon kənd məktəbinə bağışlanacaq.