Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi “Gənclərin İntellektual İnkişafına Yardım” ictimai birliyi tərəfindən “Gənc Sahibkarlar Məktəbi” layihəsini əsas təlim və görüşləri başa çatmışdı. Layihənin əsas məqsədi gənclərdə sahibkarlıq vərdişlərinin inkişafı, sahibkarlığa marağın artırılması və gənclərin məşğulluq fəaliyyətin gücləndirilməsidir. Layihəyə ekspert kimi dəvət olunan qonaqlar da əsasən gənc sahibkarlar idi. Sahibkarlar öz təcrübələrini paylaşmaqla bərabər iştirakçıların da suallarını cavablandırıblar.
Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə, bu tipli layihələr Gənclərin İntellektual İnkişafına Yardım” ictimai birliyi tərəfindən 2 il öncə də gənclər üçün də təşkil olunmuşdur.