5-6 dekabr 2017-ci il tarixlərində “Binəqədi Gənclər Evi” Sosial Xidmət Müəssisəsinin inzibati binasında Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, Binəqədi rayon Gənclər və İdman İdarəsinin və Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının Gənclər Birliyinin təşkilati dəstəyi ilə “İslam həmrəyliyi və gənclər” adlı layihə reallaşdırılıb. Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun 10-cu qrant müsabiqəsinin qalibi olan sözügedən layihənin gedişatında əsas məqsəd gənclərin ekoloji marifləndirilməsi yönündə həyata keçirilən dövlət siyasətinə gənclər olaraq dəstək vermək, bu istiqamətdə səmərəli fəaliyyətin təşkilində stimullaşdırıcı funksiya icra etmək və gənclərin mövcud problemlərə daha yaxından bələd olub bu istiqamətlərdə müstəqil tədqiqatların aparılmasına yardımçı olmaqdır.
05.12.2017-ci il tarixində keçirilən açılış mərasimində tədbiri giriş sözü ilə açan layihə rəhbəri Tural Nadirov öz nitqində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fonduna gənclərə göstərdiyi dəstək üçün minnətdarlığını bildirib, layihənin əsas məqsəd və hədəflərindən söz açıb. “Binəqədi Gənclər Evi” Sosial Xidmət Müəssisəsinin metodisti Mahmud Məmmədzadənin təqdimatında müvafiq mövzuda ilk təlim keçirilib.
06.12.2017-ci il tarixində isə layihə çərçivəsində növbəti təlim keçirilib və sonda bağlanış mərasimində iştirakçılara sertifikatlar təqdim olunub.