“Bizim Gənclik” İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən “Milli Parklarda davranış qaydaları” layihəsi çərçivəsində Göygöl rayonunda cari ilin 1 və 4 dekabr tarixlərində tədbirlər keçirilmişdir.
Təlim iştirakçıları Milli Parklara gələn qonaqlar tərəfindən riayyət olunması vacib hesab olunan qaydalar haqqında və bu qaydalara riayyət olunmadığı təqdirdə onların yarada biləcəkləri təhlükələr, turist marşurutları, ziyarətçilərin park ərazisinə gətirdiyi qidaların istifadəsi üçün xüsusi özünəxidmət köşklərdən, velosiped və avtomobil dayanacaqlarından istifadə etməsi ilə əlaqədar maarifləndirilmişdirlər. Təlim sual-cavab, müzakirə formatında keçirilmiş, gənclər komanda işinə cəlb olunmuşdurlar. Sonda Milli Parklara dair video-çarx nümayiş etdirilmişdir.
Məlumat üçün bildirək ki, layihənin əsas məqsədi Milli Parkların ziyarətçilərinin gənclər vasitəsi ilə parkların daxili qaydaları ilə tanış etmək, bu qaydalar pozulduğu təqdirdə yarana biləcək təhlükələr haqqında maarifləndirmə təbliğat işlərini aparmaqdan ibarətdir.