4 dekabr 2017-ci il tarixində “Nitq və eşitmə məhdudiyyətli qızlar üçün İKT təlimləri” layihəsinin növbəti təlimi baş tutub. “STEP IT Academy Azerbaijan”ın robot texnologiyaları üzrə mütəxəssisi Nadir Zamanov layihə iştirakçılarına robotların istifadə qaydaları və növləri ilə bağlı məlumat verib. Nəzəri hissə ilə yanaşı təlim çərçivəsində iştirakçılar leqo robotlara dair praktiki tapşırıqları yerinə yetiriblər.
Eyni zamanda, layihə iştirakçıları təlimdən sonra xalq yazıçısı Çingiz Abdullayevlə görüşüblər. Yazıçı görüş zamanı layihə iştirakçıları ilə tanış olub və onlara imzalı kitab hədiyyə edib.
Qeyd edək ki, 20 iştirakçı ilə iki ay müddətində davam edəcək Turanə Qasımovanın fərdi layihəsi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, “ASAN Könüllülər” Təşkilatı, Elektron Hökumət Təlim-Tədris Mərkəzi, “STEP IT Academy Azerbaijan” və “Femmes Digitales” – Azərbaycan Qadınlarının İKT klubunun təşkilatı dəstəyi ilə həyata keçirilir.